Bank Of Baku

Sülhəddin Əkbər: “İsa Qəmbərin namizədliyi irəli sürüldükdən sonra seçkidə iştirakın strategiya və taktikası müəyyən olunacaq”

Sülhəddin Əkbər: “İsa Qəmbərin namizədliyi irəli sürüldükdən sonra seçkidə iştirakın strategiya və taktikası müəyyən olunacaq”
# 02 oktyabr 2007 10:40 (UTC +04:00)
“Müsavat Məclisinin iclasında seçkidə iştirak və İsa Qəmbərin namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul edilsə, sonrakı mərhələdə seçkidə iştirakın strategiyası və taktikası müəyyən olunacaq”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər deyib. O bildirib ki, artıq Məclisin gündəliyinin layihəsi hazırlanıb və toplantıda 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirakla bağlı müzakirələr aparılacaq: “Müzakirələrdən sonra Məclisdə seçkidə iştirak edib-etməmək məsələsinə aydınlıq gətiriləcək. Amma bu məsələdə fərqli fikir yoxdur və partiyada demək olar ki, hər kəs seçkilərə qatılmağın tərəfdarıdır”. Ümumi mövqeyin bəlli olmasına baxmayaraq, S. Əkbər bu məsələdə Məclisin qərar qəbul etməsinin vacib olduğunu söyləyib. Onun sözlərinə görə, namizəd irəli sürmək Məclisin səlahiyyətindədir və seçkilərlə bağlı hərtərəfli müzakirələrin aparılması zəruridir: “Müzakirəyə ehtiyac yaradan amil 2003-cü və 2005-ci illərdə seçkinin nəticələrinin kütləvi şəkildə saxtalaşdırılmasıdır. Ona görə də indiyədək cəmiyyətdə və partiyada seçkilərdə iştirak məsələsi ciddi müzakirə olunub. İstənilən qərarın həm müsbət, həm də mənfi tərəfləri var”. Seçkidə iştirakın formasına gəldikdə, S. Əkbər bildirib ki, bu məsələ sonrakı mərhələdə gündəmə gələcək: “Bununla bağlı müxtəlif fikirlər var. Hansı birlik forması daha effektiv və səmərəli olacaqsa, o birlik formasına üstünlük veriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR