Bank Of Baku

MSK sədri Məzahir Pənahov ABŞ Dövlət Departamentinin nümayəndələri ilə görüşüb

MSK sədri Məzahir Pənahov ABŞ Dövlət Departamentinin nümayəndələri ilə görüşüb
# 02 oktyabr 2007 10:40 (UTC +04:00)
Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin nümayəndə heyəti bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüş keçirib. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib. Nümayəndə heyətinin üzvləri indiyə qədər MSK-nın həm Dövlət Departamenti, həm də bu qurumun Beynəlxalq İnkişaf Agentliyi, Beynəlxalq İnkişaf Proqramı ilə əməkdaşlıq etdiyini xatırladıblar. Bunun davam etməsində maraqlı olduqlarını söyləyən qonaqlar əməkdaşlığın inkişaf yollarını birgə axtarmağı təklif ediblər. Amerikalılar MSK-nın fəaliyyəti və seçkilərə hazırlığın vəziyyəti ilə də maraqlanıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR