Bank Of Baku

Azərbaycan Gürcüstanda baş verən hadisələrin bu ölkənin maraqları çərçivəsində həll olunmasının tərəfdarıdır

Azərbaycan Gürcüstanda baş verən hadisələrin bu ölkənin maraqları çərçivəsində həll olunmasının tərəfdarıdır
# 02 oktyabr 2007 10:53 (UTC +04:00)
“Azərbaycanla Gürcüstan qonşu, dost, strateji tərəfdaş olan ölkələrdir. Azərbaycan Gürcüstanda baş verən bütün hadisə və proseslərin yalnız və yalnız sülh yolu ilə, Gürcüstanın maraqları çərçivəsində həll olunmasının tərəfdarıdır”. APA-nın məlumatına görə bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bu gün keçirdiyi brifinqdə deyib. O, ümid etdiklərini bildirib ki, Gürcüstandakı siyasi proseslər bu ölkənin sabitliyi və təhlükəsizliyinə heç bir xələl gətirməyəcək və iki ölkə münasibətləri bundan sonra da dost və strateji tərəfdaşlıq səviyyəsində davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR