Bank Of Baku

MSK-nın aşağı seçki komissiyalarının üzvləri üçün kurslar oktyabrın 16-dan başlayacaq

MSK-nın aşağı seçki komissiyalarının üzvləri üçün kurslar oktyabrın 16-dan başlayacaq
# 02 oktyabr 2007 11:07 (UTC +04:00)
Oktyabrın 16-dan Bakıda Dairə Seçki Komissiyalarının (DSK) üzvləri üçün kurslar başlayacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kurslar ölkə prezidentinin “İnsan hüquqları üzrə fəaliyyət proqramı” ilə bağlı sərəncamına uyğun olaraq keçiriləcək. MSK tərəfindən hazırlanmış tədris planına uyğun olaraq aşağı seçki komissiyalarının üzvləri üçün kursları seçki sahəsinin mütəxəssisləri tədris edəcəklər. Bu, komissiya üzvləri üçün maarifləndirmə məqsədi daşıyacaq. Kursların sonunda iştirakçılara sertifikatlar veriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR