Bank Of Baku

Xəzər İbrahim: “Əsas məsələ qətnamənin qəbulu yox, icrasıdır”

Xəzər İbrahim: “Əsas məsələ qətnamənin qəbulu yox, icrasıdır”
# 02 oktyabr 2007 11:23 (UTC +04:00)
“Əsas məsələ qətnamənin qəbul edilməsi yox, onun həyata keçirilməsidir”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı məsələnin BMT Baş Assambleyasının 62-ci sessiyasının gündəminə salınmasına münasibət bildirən XİN-in mətbuat katibi Xəzər İbrahim deyib. O, Baş Assambleyanın əvvəlki sessiyasında işğal olunmuş ərazilərdə yanğınlarla bağlı qətnamə qəbul olunduğunu xatırladıb: “Bu, ciddi sənəd idi, çünki ondan sonra ATƏT-in müvafiq missiyası yaradıldı və intensiv müzakirələr aparıldı”. Bununla yanaşı, diplomat daha güclü qurum olan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycanla bağlı 4 qətnamə qəbul etdiyini, lakin onların bu günə qədər yerinə yetirilmədiyini də xatırladıb: “Əsas vəzifə ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət Ermənistanın həmin dörd qətnamənin müddəalarını yerinə yetirməsində təkid etsin”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR