Bank Of Baku

Elmar Məmmədyarov ŞKTC xarici işlər naziri Turqay Avcı ilə görüşüb

Elmar Məmmədyarov ŞKTC xarici işlər naziri Turqay Avcı ilə görüşüb
# 02 oktyabr 2007 12:40 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində Şimali Kipr türk Cümhuriyyətinin xarici siyasət idarəsinin rəhbəri Turqay Avcı ilə görüşüb. APA-nın məlumatına görə, BMT-nin mənzil-qərargahında keçirilən görüş yarım saata yaxın davam edib. Turqay Avcı Azərbaycanla ŞKTC arasında münasibətlərin normal səviyyədə olduğunu, bu əməkdaşlığın hər iki ölkənin qarşılıqlı sərmayə qoyuluşu ilə əlaqədar daha da inkişaf etdiyini bildirib. İki ölkənin turizm sahəsində əməkdaşlıq edə biləcəyini vurğulayan Turqay Avcı bununla bağlı ŞKTC hökumətinin üzərinə düşən vəzifəni yerinə yetirəcəyini qeyd edib. Görüşdə regionda baş verən son proseslər barədə fikir mübadiləsi aparılıb. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR