Bank Of Baku

QDİƏT Parlament Assambleyası komissiyasının sabah Bakıda keçiriləcək iclasında Ermənistan deputatlarının iştirakı gözlənilir

QDİƏT Parlament Assambleyası komissiyasının sabah Bakıda keçiriləcək iclasında Ermənistan deputatlarının iştirakı gözlənilir
# 02 oktyabr 2007 13:03 (UTC +04:00)
QDİƏT Parlament Assambleyasının üzvü, millət vəkili Asəf Hacıyev APA-ya bildirib ki, iclasda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdə həyat səviyyəsinin qaldırılması ilə bağlı məsələ müzakirə olunacaq. İclasda Azərbaycan nümayəndə heyətinin üzvü Jalə Əliyeva məruzə ilə çıxış edəcək. Komissiyanın iclasına erməni nümayəndələrin də qatılacağı barədə yayılan məlumatlara münasibət bildirən A. Hacıyev deyib ki, Ermənistan qurumun üzvü olduğu üçün bu ölkənin nümayəndələrinin tədbirdə iştirakı mümkündür. Milli Məclisin binasında keçiriləcək iclas işini sabah yekunlaşdıracaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR