Bank Of Baku

Tacikistan XİN-in idarə rəisi: “Düşənbədə MDB dövlət başçılarının iştirakı ilə üç görüş keçiriləcək”

Tacikistan XİN-in idarə rəisi: “Düşənbədə MDB dövlət başçılarının iştirakı ilə üç görüş keçiriləcək”
# 02 oktyabr 2007 13:45 (UTC +04:00)
O bildirib ki, oktyabrın 5-də Düşənbədəki “Somon” sarayında prezidentlərin görüşü olacaq. Ukrayna prezidenti Viktor Yuşşenko istisna olmaqla, bütün dövlət başçıları sammitdə iştiraklarını təsdiqləyiblər. Prezidentlər MDB-nin sonrakı inkişaf konsepsiyası layihəsini müzakirə edəcəklər. Əsas diqqət təhlükəsizlik məsələlərinə yönələcək. Xarici İşlər Nazirləri Şurasının oktyabrın 4-də “Vəhdət” sarayında keçiriləcək iclasının gündəliyinə isə müxtəlif xarakterli 20-yə yaxıb məsələ daxil edilib. Nazirlərin təsdiqlədiyi sənədlər prezidentlər tərəfindən imzalanacaq. R. Dodocanovun sözlərinə görə, prezidentlər əməkdaşlıqla bağlı birgə bəyanatla çıxış edəcək: “Qazaxıstan tərəfi narkotiklərlə mübarizəyə dair bəyanat hazırlayıb. Yəqin ki, dövlət başçıları bu bəyanata da imza atacaq”. R. Dodocanov oktyabrın 6-da Düşənbədə Avrasiya İqtisadi Birliyinin dövlətlərarası şurasının prezidentlər səviyyəsində görüşünün və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı şurasının yığıncağının keçiriləcəyini söyləyib. Oktyabrın 7-də isə MDB dövlət başçılarının qeyri-rəsmi görüşü olacaq. Görüşdə Tacikistan, Rusiya, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Moldova və Ermənistan prezidentləri iştirak edəcək. “Qalstuksuz” söhbətlərdə dövlət başçıları qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunacaqlar.
R. Dodocanov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 5-də Düşənbədə olacaq. Səfər iki gün davam edəcək. İ. Əliyev dövlət başçılarının həmin gün keçiriləcək rəsmi və oktyabrın 7-də keçiriləcək qeyri-rəsmi görüşlərinə qatılacaq. Azərbaycan prezidentinin bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub. İ. Əliyev ayın 7-də vətənə dönəcək. Xatırladaq ki, dövlət başçısı bu ilin martında Tacikistanda rəsmi səfərdə olub. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR