Bank Of Baku

Əli Əliyev: “Biz yenə də hesab edirik ki, komissiyaların tərkibinin təşkili məsələsində bir araya gəlmək lazımdır”

Əli Əliyev: “Biz yenə də hesab edirik ki, komissiyaların tərkibinin təşkili məsələsində bir araya gəlmək lazımdır”
# 02 oktyabr 2007 15:42 (UTC +04:00)
6 müxalifətyönlü təşkilatın Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı hazırladıqları təkliflər “Azadlıq” blokuna təqdim edilsə, blok üzvləri bu təklifləri müzakirə edəcək. Bu barədə APA-ya blokda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, Seçki Məcəlləsi ilə bağlı müxalifətin vahid mövqedən çıxış etməsi ilə bağlı hələ yarım il bundan əvvəl təklif irəli sürüb: “Həmin partiyalar birliyində təmsil olunan iki iri partiyanın bu təkliflərdən xəbəri olub. Amma bloka heç bir cavab vermədilər. Buna baxmayaraq, biz yenə də hesab edirik ki, komissiyaların tərkibinin təşkili məsələsində bir araya gəlmək lazımdır. Onların irəli sürəcəkləri təkliflər bizim yanaşmamıza uyğun olarsa, o zaman müzakirələr aparıb hansısa qərarlar vermək olar”. Qeyd edək ki, altı müxalifət təşkilatı Müsavat Partiyası, ADP, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Tərəqqi Partiyası partiyaları və Azərbaycan Naminə İctimai Forum birgə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlayırlar. Onlar bu təklifləri digər müxalifətyönlü qurumlarla da müzakirə edəcəklərini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR