Bank Of Baku

Nazir: “Litva ilə Azərbaycan arasında hərbi əməkdaşlıq haqqında memorandum imzalanacaq”

Nazir: “Litva ilə Azərbaycan arasında hərbi əməkdaşlıq haqqında memorandum imzalanacaq”
# 02 oktyabr 2007 15:44 (UTC +04:00)
APA-nın məlumatına görə, Fəxri Xiyabanda bu gün Heydər Əliyevin məzarını ziyarət edən nazir səfərinin məqsədləri ilə bağlı danışarkən deyib ki, əsas məqsəd Litva ilə Azərbaycan arasında gözəl dostluq əlaqələrini hərbi sahədə əməkdaşlıqla dərinləşdirməkdir: “Biz bu əməkdaşlığı ilk növbədə təcrübə mübadiləsi sahəsində dərinləşdirəcəyik, Litvanın Avropa İttifaqı və NATO-ya üzvlük təcrübəsini bölüşəcəyik”. Y. Oleksos bildirib ki, Azərbaycan zabitləri Litva və Estoniyada təhsil alır, bu ölkələrin təcrübəsini öyrənir. “Biz sülhməramlı əməliyyatlarda iştirak edirik, bu təcrübəni də sizinlə bölüşmək istəyirik. Hazırda Əfqanıstanda Qor vilayətinin bərpası üzrə qrupa Litva rəhbərlik edir. Orada bizimlə bərabər Ukrayna, Xorvatiya, İslandiya, ABŞ, Danimarka hərbçiləri qulluq edir, bu işə Gürcüstan hərbçilərinin də cəlb olunması barədə danışıqlar gedir” deyən nazir artıq Milli Məclisin sədri Oqtay Əsədovla səmərəli görüş keçirdiklərini deyib. O, həmçinin müdafiə naziri, baş nazir və prezidentlə də görüşəcəyini söyləyib.
Y. Oleksos 2007-ci ili Litva-Azərbaycan münasibətlərinin yaxınlaşması baxımından xüsusi il adlandırıb: “Azərbaycan prezidenti Litvada, Litva prezidenti Azərbaycanda səfərdə olub, 10 gündən sonra İlham Əliyevi Vilnüsdə bir daha gözləyirlər”. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR