Bank Of Baku

Avropa İttifaqı və Azərbaycan arasında Əməkdaşlıq Şurasının səkkizinci iclası keçirilib

Avropa İttifaqı və Azərbaycan arasında Əməkdaşlıq Şurasının səkkizinci iclası keçirilib
# 16 oktyabr 2007 15:41 (UTC +04:00)
Aİ-nın nümayəndə heyətinə Portuqaliyanın Avropa məsələləri üzrə dövlət katibi Manuel Lobo Antunes başçılıq edib. Görüşə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, səfir Piter Semnebi də qatılıb. Müzakirə olunan əsas mövzulardan biri Avropa Qonşuluq Siyasəti və bu siyasət çərçivəsində Fəaliyyət Planının icrası ilə bağlı olub. Əməkdaşlıq Şurası eyni zamanda fürsətdən istifadə edərək Cənubi Qafqazda baş verən hadisələrə, o cümlədən Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatlara da diqqət yetirib. Enerji və nəqliyyat məsələləri, insan hüquqları və demokratikləşmə, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. Tərəflər siyasi dialoq mexanizmlərinin daha da inkişaf etdirilməsi və tərəflərin maraqlarına təsir edən təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrin keçirilməsi yolu ilə siyasi əməkdaşlığın daha da intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıblar. Azərbaycan tərəfi regional sülh, təhlükəsizlik və sabitlik baxımından Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən ərazi bütövlüyü, dövlətlərin suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsasən həll olunmasının zəruriliyinə diqqət çəkib.
Əməkdaşlıq Şurasının iclası zamanı tərəflər arasında “Bir tərəfdə Avropa icması və ona üzv dövlətlər, digər tərəfdə isə Azərbaycan Respublikası arasında, ikitərəfli tekstil müqaviləsinin qüvvədə olma müddəti başa çatdığından Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin bəndlərinin tekstil sahəsində ikitərəfli ticarətə aid edilməsi haqqında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əlavə Protokol” da imzalanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR