Bank Of Baku

Xəzər İbrahim: “Cənubi Qafqazda dördüncü dövlətə yer yoxdur”

Xəzər İbrahim: “Cənubi Qafqazda dördüncü dövlətə yer yoxdur”
# 21 aprel 2008 11:16 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim Ermənistanın yeni xarici işlər naziri Edvard Nalbandyanın bəyanatlarına münasibət bildirərkən deyib. O bildirib ki, Ermənistan rəhbərliyi öz ictimaiyyətini yanlış informasiyalarla çaşdırmaqdansa, onları real vəziyyət barədə məlumatlandırsa, daha yaxşı olar. E. Nalbandyanın Azərbaycanın öz hərbi büdcəsinin artırması ilə bağlı dediklərinə toxunan X. İbrahim bəyan edib ki, heç bir dövlət, xüsusən də Ermənistan Azərbaycanın daxili işlərinə qarışa bilməz: “Onlar doğrudan da münaqişənin dinc yolla həllini istəyirlərsə, işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmalıdırlar. Əks halda, diplomatik imkanlar daha da azalacaq”. X. İbrahimin sözlərinə görə, Ümumi Daxili Məhsulun adambaşına düşən payına əsasən Ermənistan Azərbaycandan daha çox hərbiləşib və bu, onların işğalçı və təcavüzkar siyasətlərindən çəkinmək meylinin olmadığını göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR