Bank Of Baku

Moldova prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Moldova prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb
# 21 aprel 2008 11:47 (UTC +04:00)
Moldova dövlət başçısının ölkəmizə iki günlük səfəri çərçivəsində iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra ikitərəfli müqavilələr imzalanacaq. APA-nın Moldova prezidentinin mətbuat xidmətinə istinadən məlumatına görə, Azərbaycan ilə Moldova arasında yanacaq-energetika sahəsində əməkdaşlığa dair hökumətlərarası saziş, iqtisadi və vergi sahələrində qanun pozuntuları ilə bağlı informasiya mübadiləsi haqqında saziş imzalanacaq. Vladimir Voronin prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin spikeri Oqtay Əsədov, ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüşəcək, Azərbaycanda Moldova Mədəniyyət Günlərinin rəsmi açılış mərasimində iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR