Bank Of Baku

Azərbaycan Konstitusiyasına dəyişiklik olunması ilə bağlı Milli Məclisə müraciət edilib

Azərbaycan Konstitusiyasına dəyişiklik olunması ilə bağlı Milli Məclisə müraciət edilib
# 21 aprel 2008 11:48 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Konstitusiyasında dəyişiklik olunması ilə bağlı Milli Məclisə müraciət edilib. Bu barədə APA-ya müraciət müəlliflərinin nümayəndəsi, politoloq Elşən Nəsibov bildirib. Onun sözlərinə görə, aprelin 16-da ölkədə seçki hüququ olan 1022 vətəndaş Milli Məclisə Konstitusiyanın 101-ci maddəsinin 5-ci bəndindəki “heç kəs iki dəfədən artıq Azərbaycan Respublikasının prezidenti seçilə bilməz” ifadəsi dəyişdirilərək “bir şəxsin bir neçə dəfə təkrarən Azərbaycan Respublikasının prezidenti seçilməsinə məhdudiyyət qoyulmur” ifadəsi ilə əvəzlənməsi təklifi ilə müraciət edib. E. Nəsibov müraciət müəlliflərinin ölkədə Heydər Əliyev kursunun davam etdirilməsinə tərəfdar olduqlarını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR