Bank Of Baku

AMİP sədrliyinə namizəd: “Partiyanın baş katibi və Mərkəzi Şuranın sədri istefa verməlidir”

AMİP sədrliyinə namizəd: “Partiyanın baş katibi və Mərkəzi Şuranın sədri istefa verməlidir”
# 21 aprel 2008 11:58 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında AMİP sədrliyinə öz namizədliyini irəli sürmüş Goranboy rayon təşkilatının sədri Fəqani Məhərrəmov deyib. Onun sözlərinə görə, bu gün digər partiyalara da qurultay keçirmək üçün yer verilmir və buna baxmayaraq, onlar qurultaylarını təxirə salmırlar: “Partiya rəhbərliyi qurultayın indiki mərhələdə keçirilməsinə o qədər həvəsli görünmür. Əli Orucov namizədliyini elan etdikdən sonra mən və məni müdafiə edən rayon təşkilatları bunun dəyərləndirməsini həyata keçirdik. Hesab edirik ki, baş katib Fuad Muxtarov qurultay nümayəndələrinin rəyini yoxlamaq üçün kəşfiyyat məqsədi ilə Əli Orucovun namizədliyinin irəli sürülməsini təşkil edib. Biz təkcə partiya sədrindən narazı deyildik. AMİP həmişə sədr, Mərkəzi Şura və baş katib tərəfindən birgə idarə olunub. Ayaz Rüstəmov bizim tənqidlərdən nəticə çıxarıb istefa verdi, amma digərləri bunu etmədi. Hesab edirik ki, həmin qurumların rəhbərləri də analoji addım atmalıdır”. F. Məhərrəmovun fikrincə, partiyanın Mərkəzi Aparatında F. Muxtarovun namizəd olması barədə yekdil fikir var. Amma yerli təşkilatların onu dəstəkləməsi üçün iş tam aparılmayıb: “Ona görə qurultayın təxirə salınması Fuad Muxtarovun işinə yaradı”. F. Məhərrəmov onu da qeyd edib ki, Ə. Orucov sədrliyə namizəd olduğu üçün vəzifəsindən istefa verməlidir: “Çünki o, partiyanın resurslarından öz təbliğatı üçü istifadə edir”.
AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov F. Məhərrəmovun dediklərinə münasibət bildirmək istəməyib: “Sadəcə, onu deyə bilərəm ki, partiyanın resurslarından öz təbliğatım üçün istifadə etmirəm”.
AMİP-in baş katibi Fuad Muxtarov isə F. Məhərrəmovun ittihamlarını qəbul etməyib: “Fəqani Məhərrəmov gecə-gündüz yeni ideyalar, kəşflər üzərində fikirləşir və etdiyi təkliflər də orijinal olur. Amma belə bir şey yoxdur. Qurultay məhz yer probleminə görə təxirə salınıb. Mənimlə bağlı isə ümumiyyətlə, hər hansı problem yoxdur. Əgər qənaətə gəlsəm ki, sədrliyə namizədliyimi verim, əminəm ki, kifayət qədər səs toplaya biləcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR