Bank Of Baku

Azadlıq Partiyası ilə Milli Demokrat Partiyası birləşə bilər

Azadlıq Partiyası ilə Milli Demokrat Partiyası birləşə bilər
# 21 aprel 2008 14:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Azadlıq Partiyası ilə Milli Demokrat Partiyasının birləşməsi təklifi ilk dəfə İsgəndər Həmidovdan gəlib və mən də bunu normal qəbul etmişəm”. Bu sözləri APA-ya açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib. O, bir neçə gün əvvəl AMDP Təşkilat Komitəsinin sədri Oqtay Xəlilli ilə partiyaların birləşməsini müzakirə etdiklərini və aralarında ciddi fikir ayrılığı olmadığını bildirib: “Gələn ay AMDP-nin Böyük Məclisində bu məsələni müzakirə edəcəklər. Məclis razılıq versə, texniki məsələlərin həllinə başlayacağıq”. Ə. Oruc AMDP-nin sədri vəzifəsinə iddia etmədiyini də söyləyib: “Qurultay kimə dəstək versə, o da partiyanın sədri olacaq. Milli məsələlərə üstünlük verən istənilən şəxsin rəhbərliyi altında siyasi fəaliyyətimi davam etdirməyə hazıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR