Bank Of Baku

“Azadlıq” bloku boykot mövqeyində olan partiyalarla əməkdaşlıq edəcək

“Azadlıq” bloku boykot mövqeyində olan partiyalarla əməkdaşlıq edəcək
# 21 aprel 2008 14:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Azadlıq” bloku bu il keçiriləcək prezident seçkilərini boykot edəcək siyasi partiyalarla əməkdaşlıq edəcək. Bu barədə APA-ya açıqlamasında məlumat verən bloka daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimovun sözlərinə görə, son günlər blokun mövqeyini müdafiə edən partiyaların sayı artır: “AMİP, ACP və hətta seçkilərdə iştirak etmək qərarı verən ADP-nin də təmsilçiləri boykotun mümkünlüyü barədə danışmağa başlayıblar. Əgər bu partiyalar rəsmi qərar verəcəklərsə və blokun mövqeyini müdafiə edəcəklərsə, bizim əməkdaşlıq etməyimiz zəruri olacaq. Bu günə qədər digər partiyalarla bu istiqamətdə danışıq aparılmayıb. Seçki ərəfəsində onlar öz mövqeyində qalsalar, birgə müzakirələr aparılacaq. Azərbaycanda özünü müxalifət adlandıran partiyalar seçkiləri boykot etsələr, o zaman daha ciddi nəticələr əldə etmək mümkündür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR