Bank Of Baku

Moskvada rus dilində “Azərbaycan Demokratik Respublikası” kitabı nəşr olunub

Moskvada rus dilində “Azərbaycan Demokratik Respublikası” kitabı nəşr olunub
# 21 aprel 2008 15:01 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Moskvada fəaliyyət göstərən “SALAM PRESS” nəşriyyatında Azərbaycan Demokratik Respublikasının 90 illiyinə həsr olunmuş növbəti kitab nəşr olunub. Nəşriyyatın direktoru Tariyel Süleyman APA-ya bildirib ki, professor Cəmil Həsənli, tarix elmləri doktoru Aydın Balayev, professor Hamlet İsaxanlı, tarix elmləri namizədi İsmayıl Ağakişiyev, tarix elmləri namizədi İbrahim Əliyev və başqalarının məqalələrindən ibarət olan, rus dilində nəşr edilən “Azərbaycan Demokratik Respublikası” adlı kitabın tərtibçisi Ramiz Abutalıbov, redaktorları E. Hacıyev və A. Məmmədov, ön sözün müəllifi Rusiyanın tanınmış yazıçı-jurnalisti Aleksandr Qoryanindir. Kitabın təqdimat mərasimi mayın 26-da Moskva Millətlər Evində “Ocaq” cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR