Bank Of Baku

Ramiz Mehdiyev Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri ilə görüşüb

Ramiz Mehdiyev Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri ilə görüşüb
# 21 aprel 2008 16:17 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə dövlət və QHT sektoru arasında əməkdaşlığın gücləndirilməsi, ölkədə vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi istiqamətində Şura qarşısında duran vəzifələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, bu gün Şuranın ilk iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb, Əsasnaməyə uyğun olaraq Azay Quliyev Şuranın sədri, Tahir Süleymanov sədr müavini, Vüqar Məcidli isə Şuranın katibi seçilib. Daha sonra Şuranın fəaliyyətinin qurulması ilə bağlı müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR