Bank Of Baku

Naxçıvanda seçici siyahılarının tərtib olunması prosesi başa çatdırılıb

Naxçıvanda seçici siyahılarının tərtib olunması prosesi başa çatdırılıb
# 22 aprel 2008 07:23 (UTC +04:00)
Naxçıvan. Samir Cabbarov - APA. Naxçıvan Muxtar Respublikasının (MR) bütün kəndləri üzrə vahid seçici siyahılarının tərtib olunması prosesi başa çatdırılıb. APA-nın məlumatına görə, bu barədə 5 saylı Şahbuz-Babək Dairə Seçki Komissiyasının yeni inzibati binasının açılışında MR Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məhərrəm Qasımov bildirib. M. Qasımov bu ilin əvvəlindən icra nümayəndələrinin, bələdiyyə və polis idarələrinin pasport-qeydiyyat idarələrinin əməkdaşlarının köməkliyi ilə bütün kəndlərdə seçici siyahısının tərtib olunduğunu, vahid seçki siyahısının tərtib ediləndən sonra təsdiqlənərək Azərbaycan Respublikası MSK göndərildiyini deyib. O, seçki gününədək siyahılarının dəqiqləşdirilməsi prosesinin davam etdiriləcəyini vurğulayıb, regionda fəaliyyət göstərən seçki məntəqələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Yanvar ayında 6 saylı Culfa-Babək Dairə Seçki Komissiyasının yeni inzibati binasının istifadəyə verildiyini deyən M. Qasımov hazırda 3 saylı Babək-Kəngərli, 7 saylı Ordubad-Culfa və 1 saylı Şərur-Sədərək DSK-nın inzibati binalarının inşa olunduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR