Bank Of Baku

Şahbuz-Babək Dairə Seçki Komissiyasının yeni inzibati binası istifadəyə verilib

Şahbuz-Babək Dairə Seçki Komissiyasının yeni inzibati binası istifadəyə verilib
# 22 aprel 2008 07:28 (UTC +04:00)
Naxçıvan. Samir Cabbarov-APA. 5 saylı Şahbuz-Babək Dairə Seçki Komissiyasının (DSK) yeni inzibati binası istifadəyə verilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, 2 mərtəbə və zirzəmi qatından ibarət binada 10 iş otağı var. Binada deputat köməkçiləri və müşahidəçilər üçün müvafiq şərait yaradılıb, 105 yerlik zal inşa olunub. DSK binasında, həmçinin arxiv, seçki prosesinə və qanunvericiliyə həsr olunmuş ədəbiyyatlardan ibarət kitabxana, anbar da fəaliyyət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR