Çarlz Kinq: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın inkişafı qarşısında ən böyük təhlükə olaraq qalır”- EKSKLÜZİV
- NATO aydın şəkildə bəyan edib ki, daxili konfliktlərin həll olunması və qonşularla mehriban qonşuluq münasibətlərin təmin edilməsi quruma üzvlüyün əsas meyarlarından biridir. ABŞ Gürcüstanın hərbi bloka faktiki üzvlüyünü dəstəkləyir. Lakin bu dəstək daha çox Gürcüstanın NATO standartlarına cavab verməsi ilə deyil, Ağ Evin Gürcüstanda olan strateji maraqları ilə izah olunur. Bu məsələyə Rumıniyanın timsalında baxmaq daha düzgün olardı. Yalnız Rumıniya ilə Macarıstan arasında qarşılıqlı ərazi iddialarının olmamağı haqqında və ikitərəfli əməkdaşlığın inkişafını təmin edən müqavilə imzalanandan sonra rəsmi Buxarestin NATO-ya üzv olmasına razılıq verildi. Mənə elə gəlir ki, əgər adı çəkilən qurum Şərqə daha da genişlənmək qərarı versə, eyni məntiq yeni üzv ölkələrə də şamil olunacaq.
- Siz Balkan və Qafqaz üzrə tanınmış mütəxəssislərdən birisiniz. “Azadlığın Ruhu: Qafqazın tarixi” kitabınız da bizim regiona həsr olunub. Beynəlxalq ictimaiyyət serblərin Kosovo sakinlərinə qarşı apardığı etnik təmizləmə siyasətini, mülkü şəxslərin kütləvi soyqırımını dayandırmaq üçün hərbi əməliyyata dəstək verdi. Lakin həmin beynəlxalq aləm silahlı erməni birləşmələrinin Dağlıq Qarabağda eyni məzmunlu hərəkətlərinə diqqətsiz qaldı. Bu gün ermənilər Azərbaycanın 20 faiz torpağını işğal etməklə yanaşı, Kosovo məsələsindən presedent kimi bəhrələnmək istəyirlər...
- Balkanlarda baş verən münaqişə bir neçə Avropa dövlətinə bir başa təhlükə yaratmışdı. Bu, həm qaçqınlar ordusunun Avropa Birliyi ölkələrinin sərhədlərinə yaxınlaşması, həm də NATO-nun ənənəvi əməliyyat zonalarında silahlı münaqişənin yaranması baxımından ciddi təhlükə idi. Qafqaz bu və digər səbəbə görə uzun müddət Avropa Birliyi və NATO-nun birbaşa maraq zonası kimi qəbul olunmurdu. Lakin qeyd olunan hər iki qurum öz təhlükəsizlik maraqlarını yenidən qiymətləndirdiyi və Şərqə genişlənmək planlarını müzakirə etdiyi bir vaxtda Qafqaz onların diqqət mərkəzinə çevrilir. Mənə elə gəlir ki, Balkanlarda baş verən hadisələrdən hər hansı konkret nəticənin çıxarılması səhv olardı. Kosovo məsələsində beynəlxalq ictimaiyyət kosovoluların ayrılmaq tələbini dəstəklədiyi halda, Bosniya və Xorvatiyanın (xüsusən Krayna Serb Respublikasının misalında) ərazi bütövlüyünün təmin edilməsini tələb etdi. Ona görə də bəzilərinin Balkan münaqişələrindən çıxara biləcəyi presedent ən yaxşı halda qeyri-müəyyəndir.
- Martın 20-də Corctaun Universitetində keçirilən ABŞ-Azərbaycan münasibətlərinə həsr olunmuş konfransın aparıcılarından biri oldunuz. Konfransın əsas mövzularında biri regionda Azərbaycana aid təhlükələrə həsr olunmuşdu. Rusiya, İran və həll olunmamış Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın Avropa institutlarına inteqrasiyasına nə dərəcə təhlükə yaradır? Sizcə dünyəvi dövlət və islam ölkəsi olan Azərbaycana kim daha çox təhlükə yaradır Rusiya, yoxsa İran?
- Konfransda çıxış edənlərin bir çoxu fərqli mövqe nümayiş etdirirdilər. Ona görə də tədbir barədə birmənalı fikir səsləndirmək çətindir. Qənaətimə görə Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın inkişafı qarşısında ən böyük təhlükə olmaqda davam edir. Gürcüstan və Moldovada olan həll olunmamış konfliktlər kimi Azərbaycanın da bu problemi ölkənin gələcək inkişafında ciddi maneə ola bilər. Eyni zamanda Azərbaycan hökumətinin üzərinə düşən əsas vəzifə neft və qazdan əldə etdiyi gəlirləri regionda stabilliyi pozacaq militarizasiya prosesinə sərf etməməkdir. Dağlıq Qarabağ uğrunda başlayacaq müharibə bütün Cənubi Qafqaz üçün fəlakətə çevriləcək və regionun Avroatlantik məkana daxil olmaq istəyən ölkələrinə maneə olacaq.
Daxili siyasət
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Xəbər Lenti
ABŞ İranın dəniz blokadası çərçivəsində daha dörd gəmini marşrutunu dəyişməyə məcbur edib
İran Bəhreyndəki ABŞ hərbi obyektlərini vurduğunu açıqlayıb
İranın cənubunda üç partlayış baş verib
Pentaqon İrana qarşı əməliyyatlarda yaralanan ABŞ hərbçilərin sayını açıqlayıb
Ərbildə ABŞ konsulluğu yaxınlığında dörd PUA vurulub
Meksikada 7,4 ballıq zəlzələdən sonra ölənlər və ciddi dağıntılar qeydə alınmayıb - YENİLƏNİB
ABŞ İrana qarşı yeni zərbələrə başlayıb
İranın Ali Rəhbərinin müşaviri: ABŞ zərbələri dayandırmasa, hücum əməliyyatlarına keçəcəyik
"Cicero": Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir
İran Hörmüz boğazından icazəsiz keçməyə cəhd edən gəmiyə zərbə endirib
Zinəddin Zidan Fransa millisinin baş məşqçisi olacaq
Merz: Çinlə yeni ticarət münaqişəsi istəmirik
ABŞ Çabahar limanındakı müşahidə qülləsini məhv edib
KİV: ABŞ İsrailə onlarla yanacaqdolduran hərbi təyyarə göndərir
Çində torpaq sürüşməsi nəticəsində 8 nəfər ölüb, 34 nəfər itkin düşüb
Ömər Eldarovun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Fransa Almaniya ilə nüvə çəkindirməsi sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
Mikayıl Cabbarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul olunub
KASKO üzrə 120 min manata yaxın pul ödənilib
ABŞ İranın Xark adasında neft tankerinə raket zərbəsi endirib
Sırski: Rusiya Ukraynanın şimalında "bufer zona" yaratmaq niyyətindədir
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib
Azərbaycanla Özbəkistan arasında geoloji kəşfiyyat üzrə birgə müəssisə yaradılır
KİV: Türkiyənin gömrük sistemində Ermənistanın rəsmi kodu tətbiq edilib
Hərbi Prokurorluq: Qeyri-hərbi cinayətlərin sayı 4,9 faiz azalıb
CENTCOM: İranın hücumları zamanı ABŞ hərbçiləri arasında itki olmayıb
FHN yanında İctimai şuranın üzvləri Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində olublar
Azərbaycanda “Birliyin Gücü – 2026” hərbi təlimi keçiriləcək
ƏƏSMN: Ucuz mənzillər hələ də satışdadır
İran Küveytdə hərbi obyektlərə dron zərbəsi endirib, yaralılar var
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə Qaydası təsdiqlənib
Peşəkar mühasib imtahanları ilə bağlı güzəştlər müəyyənləşib
“Bank Respublika”nın maliyyə vəziyyəti məlum olub - HESABAT
ƏƏSMN-in təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
İnnovasiya ekosisteminə dair qanunvericilik təşəbbüsləri ilə bağlı ictimai dinləmə keçirilib
Rusiya "3+3" regional əməkdaşlıq platformasının böyük potensialını görür
Lavrov: Şimal–Cənub nəqliyyat dəhlizi layihəsində tezliklə irəliləyiş gözlənilir
Aİ Rusiyaya qarşı ilk dəfə “Kiyevə zərbələrə görə” sanksiyalar tətbiq edib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
“ABB-Qarabağ FK” kobrend kartını artıq ABB-dən sifariş etmək olar
Lavrov: Rusiya Azərbaycanın əsas ticari tərəfdaşlarından biri olaraq qalır
II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi açıqlanıb, 16 nəfərin nəticələri ləğv edilib
Lavrov: Rusiya Bakı ilə İrəvan arasında kommunikasiyaların bərpasına dəstək verməyə hazırdır
EHİS-in strukturunda “Elektron iştirakçılıq” altsistemi yaradılacaq
Azərbaycanla Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir
Penitensiar xidmətdə əməliyyat müşavirəsi keçirilib
Bakıda bir ayda narkotiklə bağlı 199 fakt aşkarlanıb, 161 nəfər saxlanılıb - VİDEO
Şahin Mustafayev sentyabrda Aleksey Overçukla görüşəcək
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq