Bank Of Baku

ABŞ Senatının üzvü Çak Heygel: “Azərbaycan Xəzərin enerji resurslarını beynəlxalq bazara çatdıran vacib enerji hasilatçısı və tranzit ölkədir”

ABŞ Senatının üzvü Çak Heygel: “Azərbaycan Xəzərin enerji resurslarını beynəlxalq bazara çatdıran vacib enerji hasilatçısı və tranzit ölkədir”
# 22 aprel 2008 09:02 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev ABŞ Senatının beynəlxalq münasibətlər və kəşfiyyat komitələrinin üzvü senator Çak Heygel ilə görüşüb. APA-nın məlumatına görə, senator Azərbaycana etdiyi səfərlər və prezident İlham Əliyevlə görüşləri barədə məmnunluqla danışıb. İkitərəfli münasibətlərin strateji xarakter daşıdığını deyən senator, Xəzər enerji resurslarının beynəlxalq bazara çatdıran Azərbaycanı vacib enerji hasilatçısı və tranzit ölkə kimi qiymətləndirib. O, terrorizm ilə mübarizədə ABŞ-a dəstək verdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və Azərbaycanın ümumbəşəri təhlükəsizliyin təmin olunmasında səylərini xüsusi qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR