Bank Of Baku

AXCP növbəti qurultayını prezident seçkilərinə start verilənə kimi keçirəcək

AXCP növbəti qurultayını prezident seçkilərinə start verilənə kimi keçirəcək
# 22 aprel 2008 09:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) prezident seçkilərinə start verilənə kimi növbəti qurultayını keçirəcək. AXCP sədrinin müavini Həsən Kərimov APA-ya bildirib ki, partiyanın yerli strukturlarında qurultaya hazırlıq prosesi yekunlaşmaq üzrədir. H. Kərimov qurultayda partiyanın seçkili orqanlarının yenidən formalaşacağını, bu ilin payızında keçiriləcək prezident seçkilərinin müzakirə ediləcəyini bildirib. Müxalifət partiyalarına öz qurultaylarını keçirmək üçün hökumət tərəfindən yer ayrılmadığını deyən sədr müavini buna görə AXCP-nin növbəti qurultayını özəl yerdə keçiriləcəyini istisna etməyib. Qeyd edək ki, partiyanın Nizamnaməsinə görə, qurultay ötən il keçirilməli idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR