Bank Of Baku

“Ermənilik: mif və reallıqlar” mövzusunda elmi-praktik konfrans keçirilib

“Ermənilik: mif və reallıqlar” mövzusunda elmi-praktik konfrans keçirilib
# 22 aprel 2008 10:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutunun, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin, Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurasının birgə təşəbbüsü ilə “Ermənilik: mif və reallıqlar” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, institutun direktoru Rövşən Mustafayev deyib ki, Azərbaycan erməniliyin yaratdığı təhlükəni dünyaya çatdıran və gündəmdə saxlayan ilk ölkələrdəndir: “Azərbaycandan başqa bu məsələdə Türkiyə də aktivlik nümayiş etdirir. Bundan başqa Gürcüstan və İsrail də son vaxtlar bu məsələyə diqqətlə yanaşmağa başlayıblar”. Milli Məclisin deputatı Fuad Muradov erməni lobbisinin təbliğatına qarşı aparılan mübarizədə azərbaycanlı gənclərin üzərinə daha çox yük düşdüyünü deyib. AMEA-nın Tarix İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, Ermənistanın təhsil nazirinin keçmiş müavini İsrafil Məmmədov isə “Erməni soyqırımını məsələsinə yeni baxış” mövzusunda çıxış edib. O, ermənilərin saxta əfsanə əsasında millət kimi formalaşdığını deyib: “Bu mifologiyaya söykənən erməni liderləri özlərini qadir millət kimi təqdir etməyə başladılar. Həmin təbliğat maşını 1980-cı illərin əvvəllərində yenidən işə düşdü. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da 1988-ci ildə Xankəndində etdiyi çıxışlarda bu üsulla ermənilərə vətənpərvərlik aşılayırdı”. İ. Məmmədov ermənilərin millət kimi mövcud olması üçün qondarma “erməni soyqırımı” məsələsində məharətlə istifadə etdiklərini də diqqətə çatıdırıb: “Dünyaya hakim olmaq üçün üç məsələ daim erməni alim və liderləri tərəfindən təbliğat forması kimi cəmiyyətə sırınıb. Bunlar erməni məsələsi, Böyük Ermənistan xülyası və qondarma “erməni soyqırımı”dır. Bu üç məsələ erməni millətini parçalanmaqdan saxlayır. Amma bu üç məsələnin hər biri yalan və tarixi saxtakarlıq əsasında formalaşdırılıb”. Tədbirdə çıxış edən digər şəxslər də erməniliyin dünya üçün təhlükə olduğunu və bundan da böyük güclərin daima istifadə etdiyini qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR