Bank Of Baku

ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru MSK sədri ilə görüşüb

ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru MSK sədri ilə görüşüb
# 22 aprel 2008 12:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru Yen Vudvardla görüş keçirib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, MSK sədri rəhbərlik etdiyi qurumun açıq təşkilat olduğunu və beynəlxalq qurumlarla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib. MDİ nümayəndəsi isə təmsil etdiyi qurumun Azərbaycandakı fəaliyyəti və bu il gerçəkləşdirmək istədiyi layihələr barədə məlumat verib. O, əsasən siyasi partiyalar, QHT nümayəndələri və digər müşahidəçilər üçün treninqlər keçirmək fikrində olduqlarını söyləyib. M. Pənahov isə öz növbəsində MSK-nın seçkilər zamanı müşahidəçilik institutunun fəaliyyətinə xüsusi əhəmiyyət verdiyini deyib: “Lakin müşahidə hər hansı siyasi partiyanın mənafelərinə xidmət etməməli, obyektiv aparılmalıdır. Müşahidəni həyata keçirən təşkilat bitərəfliyini qoruyub saxlamalı, siyasi proseslərdən uzaq olmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR