Bank Of Baku

MTN AMİP-in müraciətinə cavab verib

MTN AMİP-in müraciətinə cavab verib
# 22 aprel 2008 13:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Milli Təhlükəsizlik Nazirliyi (MTN) Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) növbədənkənar qurultay üçün Şəhriyar adına Mədəniyyət Mərkəzinin ayrılması ilə bağlı müraciətinə cavab verib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, nazirlik cavab məktubunda Mədəniyyət Mərkəzinin və onun ətrafının əsaslı təmir olunduğunu əsas gətirərək, burada hər hansı tədbirin keçirilməsini mümkünsüz sayıb. Nazirlik cavab məktubunu aprelin 18-də göndərsə də, partiyaya bu gün çatıb.
Qeyd edək ki, AMİP növbədənkənar qurultayını aprelin 20-nə təyin etmişdi və müvafiq yerlə təmin olunmadığı üçün ali toplantısını təxirə salıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR