Bank Of Baku

Azərbaycanın Türkiyədəki səfirliyi Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətilə bir sıra tədbirlər keçirəcək

Azərbaycanın Türkiyədəki səfirliyi Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətilə bir sıra tədbirlər keçirəcək
# 22 aprel 2008 13:49 (UTC +04:00)
Ankara APA. Azərbaycanın Türkiyədəki səfirliyi Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətilə bir sıra tədbirlər keçirəcək. Bu barədə APA-ya səfirliyin mətbuat xidmətindən məlumat verilib. Tədbirlər çərçivəsində mayın 3-də səfirliyin binasında Türkiyədə təhsil alan azərbaycanlı tələbələr arasında “Heydər Əliyev kuboku” uğrunda “Nə, harda, nə vaxt?” bilik yarışı keçiriləcək. Bundan başqa Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına məktəbin şagirdləri arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda rəsm müsabiqəsi elan edilib. Müsabiqənin üç qalibinə səfirlik tərəfindən mükafatlar təqdim ediləcək. Mayın 7-də Ankarada yerləşən Bilkənt Universitetinin konsert salonunda Heydər Əliyevə həsr olunmuş konfrans keçiriləcək. Konfransdan əvvəl Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgi təşkil olunacaq sərgidən sonra Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı film nümayiş etdiriləcək. Konfransda Bilkənt Universitetinin yaradıcısı, Azərbaycan-Türkiyə Dostluq, Həmrəylik və Əməkdaşlıq Birliyi Vəqfinin sədri professor İhsan Doğramacı, Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl, səfir Zakir Həşimov, TBMM-nin Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Mustafa Kabakcı və bir sıra siyasət və elm adamları çıxış edəcəklər. Mayın 10-da Ankarda yerləşən Heydər Əliyev parkı ziyarət ediləcək, onun heykəlinin qarşısına əklil qoyulacaq. Daha sonra “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda rəsm müsabiqəsinin qaliblərinə səfir Zakir Həşimov tərəfindən mükafatlar təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR