Bank Of Baku

İlhamə Quliyeva: “Həm Qulamrza Təbrizi, həm də Sabir Rüstəmxanlı DAK-a qanunsuz sədr seçilib”

İlhamə Quliyeva: “Həm Qulamrza Təbrizi, həm də Sabir Rüstəmxanlı DAK-a qanunsuz sədr seçilib”
# 22 aprel 2008 13:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün xalq artisti İlhamə Quliyeva Dünya Azərbaycanlıları Konqresinin (DAK) fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, DAK-ın Mədəniyyət Akademiyasının prezidenti olduğunu bildirən İ. Quliyeva təşkilatın 2007-ci il iyulun 7-də Almaniyanın Köln şəhərində keçirilən sonuncu - IX qurultayında Qulamrza Təbrizinin sədr seçilməsindən sonra qurumun fəaliyyətində xaos yarandığını deyib: ”Qurultayda qanunsuz şəkildə formalaşdırılan İdarə Heyətinin bu ilin martın 4-də keçirilən toplantısında isə Qulamrza Səbri Təbriziyə etimadsızlıq göstərilərək, bu vəzifəyə Sabir Rüstəmxanlı seçilib”. Sənətçi bütün bunların DAK-da fikir ayrılığına və fəaliyyətsizliyə gətirib çıxardığını söyləyib: “Əjdər Tağızadə adlı təşkilat üzvü bütün məsələlərdə aktiv rol oynayır. Cavad Derəxtinin də, Qulamrza Səbri Təbrizinin də sədr vəzifəsindən uzaqlaşdırılmasında onun xüsusi rolu var”. DAK-ın Azərbaycanda fəaliyyət göstərməsini məntiqsizlik sayan xalq artisti bəzi şəxslərin təşkilat adından fırıldaqçılıqla məşğul olduğunu da bəyan edib: “Məndə olan məlumata görə, Azərbaycanın rayonlarında tədbirlər keçirib, icra başçılarından pul yığırlar. Belə adamlar təşkilatdan uzaqlaşdırılmalıdır. Mən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdan baş verənlərə münasibət bildirməsini istəyirəm”. Müğənni tərəf kimi çıxış etmədiyini və parçalanan tərəflərin birləşməsini istədiyini vurğulayıb: “DAK daxilində parçalanan bütün tərəfləri bir yerə toplayıb, onları barışdırmaq barədə təklif irəli sürmüşəm. Bu məsələdə haqlı olan tərəf yoxdur. Həm Qulamrza Səbri Təbrizinin, həm də Sabir Rüstəmxanlının sədr seçilməsində qanunsuzluq var. Ona görə də hər iki tərəfin keçirmək istədiyi qurultay da legitim deyil. Hələlik mətbuat vasitəsilə onlara müraciət edirəm. Özümüzü xaricilərə - ermənilərə güldürməyək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR