Bank Of Baku

Əfqanıstandan sovet qoşunlarının çıxarılmasının 20 illiyinə həsr olunmuş telekörpü keçirilib

Əfqanıstandan sovet qoşunlarının çıxarılmasının 20 illiyinə həsr olunmuş telekörpü keçirilib
# 22 aprel 2008 14:14 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bakıda Böyük Vətən Müharibəsi və Əfqanıstan müharibəsində həlak olmuş Azərbaycan döyüşçülərinin xatirəsinə həsr olunmuş abidə kompleksi ucaldılacaq. APA-nın məlumatına görə, bu barədə Bakı-Moskva-Kişinyov-Kiyev arasında “Əfqan qardaşlığı Birlik ölkələri arasında əlaqələrin möhkəmlənməsində onun rolu” adlı telekörpüdə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev deyib. Əfqanıstandan sovet qoşunlarının çıxarılmasının 20 illiyinə həsr olunmuş telekörpü iştirakçıları bu yubileylə bağlı görüləcək işlər, veteran birlikləri arasında əməkdaşlıq, onlara dövlətləri tərəfindən edilən qayğı, mövcud problemlər barədə fikir mübadiləsi aparıblar. MDB hökumət başçıları Şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitənin sədri, istefada olan general Ruslan Auşev bildirib ki, Ukrayna və Belarusda 15 fevral tarixi dövlət səviyyəsində beynəlmiləl döyüşçü günü kimi təsis olunub, o digər MDB ölkələrini də bu günü rəsmiləşdirməyə çağırıb. Ruslan Auşev həmçinin hesab edir ki, MDB dövlət başçıları həbsdə olan beynəlmiləl döyüşçülərin əfv olunması məsələsinə də baxmalıdır. ABŞ-da veteranlara olan münasibətdən danışan R. Auşev deyib ki, orada veteranların işi üzrə dövlət orqanının illik büdcəsi 90 milyon dollardı. O, MDB ölkələrində də belə dövlət qurumlarının yaradılmasını arzulayıb. Telekörpüdə iştirak edən veteran döyüşçülər ölkələrində onlarla bağlı qəbul olunmuş qanunlar barədə danışdılar. Azərbaycan veteranları bildirdilər ki, Milli Məclis veteranlarla bağlı qanuna yenidən baxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR