Bank Of Baku

Elmar Məmmədyarov ABŞ dövlət katibinin müavinini qəbul edib

Elmar Məmmədyarov ABŞ dövlət katibinin müavinini qəbul edib
# 22 aprel 2008 15:27 (UTC +04:00)
Bakı APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibinin iqtisadi, enerji, kənd təsərrüfatı məsələləri üzrə müavini Rubin Cefrini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov ABŞ-ın Azərbaycana dəstəyini, xüsusilə BTC layihəsinin gerçəkləşməsində rolunu vurğulayaraq, Azərbaycanın enerji daşıyıcılarının Avropa bazarlarına çıxarılmasında da bu dəstəyin davam etməsini müsbət qiymətləndirib. R. Cefri isə enerji diversifikasiyasının hazırda mühüm strateji əhəmiyyət daşıdığını və ABŞ-ın da bu məsələdə maraqlı olduğunu bildirib. Sonra həmsöhbətlər Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişaf etdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, yüksək texnologiyaların ölkəyə gətirilməsi, aqrobiznes, turizm, ekologiya sahələrində işbirliyinin qurulması barədə geniş fikir mübadiləsi aparıblar. Tərəflər bu məsələlərin ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasında müzakirə olunmasını, hər iki tərəfin mövcud iqtisadi imkanlar barədə biznes dairələrini daim məlumatlandırmasını zəruri sayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR