Bank Of Baku

Gürcüstan “Xristian-Demokratik Alyans” Partiyasının deputatlığa namizədlər siyahısında azərbaycanlı Fazil Əliyev də təmsil olunur

Gürcüstan “Xristian-Demokratik Alyans” Partiyasının deputatlığa namizədlər siyahısında azərbaycanlı Fazil Əliyev də təmsil olunur
# 22 aprel 2008 16:22 (UTC +04:00)
Tiflis APA. Gürcüstanın “Xristian-Demokratik Alyans” Partiyasının proporsional sistem üzrə deputatlığa namizədlər siyahısında azərbaycanlı Fazil Əliyev də təmsil olunur. APA-nın “Novosti-Qruziya”ya istinadən verdiyi məlumata görə, partiyanın lideri, 5 yanvar seçkilərində prezidentliyə rəsmi namizəd olmuş Georgi Maisaşvilinin başçılıq etdiyi siyahıda F. Əliyev 9-cu sıradadır. Siyahıda Daxili Qoşunların sabiq komandanı Georgi Şervaşidzenin də adı var. Xatırladaq ki, F. Əliyev 5 yanvar seçkiləri ərəfəsində prezidentliyə namizəd olacağını açıqlasa da, sonradan fikrindən daşınıb. Qonşu ölkədə parlament seçkiləri mayın 21-də keçiriləcək. Parlamentin 150 üzvündən 75-i proporsional, 75-i isə majoritar sistem əsasında seçiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR