Bank Of Baku

Azərbaycan Milli Məclisinin deputatı Riqada insan alverinə dair mübarizəyə həsr olunmuş üçtərəfli konfransda iştirak edəcək

Azərbaycan Milli Məclisinin deputatı Riqada insan alverinə dair mübarizəyə həsr olunmuş üçtərəfli konfransda iştirak edəcək
# 23 aprel 2008 07:53 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin deputatı Əli Məsimli aprelin 24-dən 28-dək RiqadA səfərdə olacaq. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, deputat səfər zamanı Baltik Assambleyasının, Şimal Şurasının və Benilüks Parlamentlərarası Məşvərət Şurasının insan alverinə dair mübarizəyə həsr olunmuş üçtərəfli konfransında iştirak edəcək. İclasda demokratik cəmiyyətdə insan alveri ilə bağlı mübarizənin metodları, bununla bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi, yeni hüquqi təşəbbüslər, bu sahədə qeyri-qanuni miqrasiyanın qarşısının alınması, baş verən cinayətlərdə məsuliyyəti olan şəxslərin cəzalandırılması və digər məsələlər müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR