Bank Of Baku

Mustafa Kabakçı: “Türkiyə parlamentinin xarici əlaqələr komissiyasında Xocalı soyqırımının tanınması məsələsinə dair müzakirələrin müsbət nəticələnəcəyinə inanırıq”

Mustafa Kabakçı: “Türkiyə parlamentinin xarici əlaqələr komissiyasında Xocalı soyqırımının tanınması məsələsinə dair müzakirələrin müsbət nəticələnəcəyinə inanırıq”
# 23 aprel 2008 09:01 (UTC +04:00)
Xocalı soyqırımının tanınması məsələsinin Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasında müzakirəsi davam edir. Müzakirələrin müsbət nəticələnəcəyinə inanırıq”. APA-nın Ankarada səfərdə olan əməkdaşının məlumatına görə, bu fikirləri azərbaycanlı jurnalistlərlə görüşündə Türkiyə Böyük Millət Məclisinin Azərbaycan-Türkiyə Dostluq Qrupunun rəhbəri Mustafa Kabakçı verib. Azərbaycanın Ermənistan tərəfindən işğalının danılmaz fakt olduğunu deyən M. Kabakçı Ermənistanın eyni zamanda iki ölkənin ərazi bütövlüyünə təcavüz etdiyini deyib: “Azərbaycana qarşı təcavüz Türkiyəyə qarşı təcavüz sayılır. Neçə illərdir ki, Azərbaycan torpaqları erməni işğalı altındadır. Hazırda terrorçuların Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirildiyi barədə məlumatlar yayılıb. Bu o deməkdir ki, artıq bizim düşmənlərimiz bir araya gəliblər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR