Bank Of Baku

Arif Hacılı: “Müsavat Partiyasının Bibiheybətdə mitinq keçirməsi qeyri-mümkündür”

Arif Hacılı: “Müsavat Partiyasının Bibiheybətdə mitinq keçirməsi qeyri-mümkündür”
# 23 aprel 2008 11:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Müsavat Partiyasının Bibiheybətdə mitinq keçirməsi qeyri-mümkündür. Biz Bakı Şəhər İcra Hakimiyyətinin mitinq keçirmək üçün həmin yeri ayıracağını düşünmürük və ümid edirik ki, müraciət etdiyimiz yerlərdən birinə razılıq veriləcək”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O bildirib ki, partiyanın göstərdiyi yerlərdən birində mitinq keçirməyə imkan verilməsə, bu, Konstitusiyanın pozulması olacaq və hakimiyyət özü üçün əlavə problemlər yaradacaq: “Mitinqə icazə verilməsə, o zaman sərbəst toplaşma hüququnun pozulmasına qarşı konkret addımlar atacağıq, Azərbaycan və beynəlxalq ictimaiyyətin diqqətini bu problemin həllinə yönəldəcəyik”. A. Hacılı 4 mayda keçirilməsi nəzərdə tutulan aksiyaya hazırlıq işlərini sürətləndirdiklərini, yerli təşkilatların fəalları ilə görüşlər keçirdiklərini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR