Bank Of Baku

RAND Corporation: “Türkiyə-Ermənistan sərhədlərinin açılması yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkün ola bilər”

RAND Corporation: “Türkiyə-Ermənistan sərhədlərinin açılması yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkün ola bilər”
# 23 aprel 2008 11:58 (UTC +04:00)
Hesabatda bildirilir ki, Türkiyə Gürcüstan və Azərbaycanla münasibətlərini nəzərəçarpacaq dərəcədə inkişaf etdirib: “Lakin Türkiyə Osmanlı imperiyası dövründə ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi faktını soyqırımı kimi tanımaqdan imtina etdiyinə görə bu ölkənin Ermənistanla münasibətləri gərgin olaraq qalır”. Hesabatın müəllifi Stefen Larrabi bildirib ki, Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağı işğal etdiyinə görə Türkiyə bu dövlətlə sərhədlərini bağlayıb: “Məhz bu səbəbdən Türkiyə Ermənistanla diplomatik münasibətləri pozub. Ankara Ermənistanla münasibətləri normallaşdırmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllini əsas şərt olaraq irəli sürür. Bir müddət əvvəl ABŞ-ın təzyiqi ilə Ankara və İrəvan münasibətlərin normallaşdırılması yollarını axtarmaq üçün danışıqlara başladılar. Bu istiqamətdə nəzərəçarpacaq irəliləyiş əldə olunsa da, amma sərhədlərin açılması yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkün olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR