Bank Of Baku

Demokratik Seçki Mərkəzi mayın 12-nə təyin etdiyi mitinqə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Demokratik Seçki Mərkəzi mayın 12-nə təyin etdiyi mitinqə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
# 23 aprel 2008 12:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Demokratik Seçki Mərkəzi (DSM) atəşkəs rejiminin ləğvi tələbi ilə mayın 12-nə təyin etdiyi mitinqə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. DSM-dən APA-ya verilən məlumata görə, mitinqin saat 17.00-dan 19.00-a qədər keçirilməsi nəzərdə tutulub. DSM aksiyanın keçiriləcəyi yerlə bağlı təkliflərini də məktubda meriyaya bildirib. DSM-in mitinq keçirmək üçün ayrılmasını istədiyi yerlərin siyahısında Milli Park (saatın yanında), N. Nərimanov kinoteatrının qarşısı, Füzuli meydanı, Milli Elmlər Akademiyasının binasının qarşısındakı bağ və Cəfər Cabbarlının heykəlinin ətrafının adı var.
Qeyd edək ki, DSM-in martın 28-də keçirilən Sədrlər Şurasının toplantısında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların gedişindən narahatlıq ifadə edilib və mayın 12-də atəşkəs vəziyyətinin ləğvi ilə bağlı mitinqin keçirilməsinə dair qərar qəbul olunub.
DSM-də 9 partiya - Azadlıq, Milli Demokrat, Açıq Cəmiyyət, Təkamül, Yaşıllar, Böyük Azərbaycan, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Klassik Xalq Cəbhəsi partiyaları təmsil olunur. Bunlardan Yaşıllar Partiyası əvvəlcədən mitinqə qatılmayacağı haqda qərarını açıqlasa da, Açıq Cəmiyyət Partiyası hələ də məsələnin partiya rəhbərliyində müzakirə edilmədiyi bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR