Bank Of Baku

“Biz” Gənclər Koalisiyasının mitinqinə icazə verilməyib

“Biz” Gənclər Koalisiyasının mitinqinə icazə verilməyib
# 23 aprel 2008 14:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Biz” Gənclər Koalisiyasının aprelin 24-də qondarma “erməni soyqırımı” ilə bağlı Azadlıq meydanında mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciətə mənfi cavab verilib. “Çağrı” Gənclər Hərəkatının sədri Əhəd Məmmədli APA-ya bildirib ki, koalisiya meriyanın cavabından narazı qalıb və məhkəməyə müraciət etmək fikrindədir.
Qeyd edək ki, “Biz” Gənclər Koalisiyasında Müsavat, Demokrat, Milli İstiqlal, Klassik Xalq Cəbhəsi partiyalarının gənclər təşkilatları, həmçinin “Çağrı” Gənclər Hərəkatı və Gənc Demokratlar Hərəkatı təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR