Bank Of Baku

Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı qeyd edilib

Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı qeyd edilib
# 23 aprel 2008 14:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Türkiyənin Azərbaycandakı səfirliyi bu gün Musiqili Komediya Teatrında 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təntənəli tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik və Türkiyə parlamentinin üzvləri də iştirak ediblər. Türkiyənin Azərbaycandakı səfiri Hulusu Kılıç çıxışında uşaqların bayramını təbrik edib və bayramın yaranma tarixindən danışıb. O bildirib ki, 1920-ci il aprelin 23-də Türkiyə Böyük Millət Məclisinin ilk toplantısı keçirilib və Mustafa Kamal Atatürk bu günü Milli Hegemonluq və Uşaq Bayramı elan edib. Səfir Atatürkün vətənin gələcəyini uşaqlara əmanət etdiyini, onlara güvəndiyini dilə gətirib. Türkiyənin əmək və sosial müdafiə naziri F. Çelik isə çıxışında bu bayramın Azərbaycanda da qeyd olunmasından məmnunluq duyduğunu söyləyib. Çıxışlardan sonra tədbir ədəbi-bədii hissə ilə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR