Bank Of Baku

Sabah “beşlər”in növbəti toplantısı keçiriləcək

Sabah “beşlər”in növbəti toplantısı keçiriləcək
# 23 aprel 2008 15:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Beşlər” formatında toplantılara qatılan 5 müxalifət təşkilatının rəhbəri sabah yenidən bir araya gələcək və bundan sonrakı fəaliyyətlərini müzakirə edəcəklər. Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, uzun müddətdən bəri bu formatda toplantılar keçirilmədiyindən, birgə fəaliyyətin davam edib-etməyəcəyi sual altında idi. Ə. Orucov toplantıda qurumun prezident seçkilərində atacağı birgə addımların müzakirə olunacağını və konkret məsələlərə diqqət yetiriləcəyini bildirib. Onun sözlərinə görə, AMİP bu təşkilatların seçkilər zamanı birgə həyata keçiriləcək bir sıra məsələlərlə bağlı razılaşma əldə etməsində maraqlıdır. Qeyd edək ki, bu formatda Müsavat Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Tərəqqi Partiyası, “Azərbaycan Naminə” İctimai Forum təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR