Bank Of Baku

Səfir Nasir Həmidi Zare: “Buşəhr AES-in tikintisi üçün göndərilən yükün Azərbaycan-İran sərhədində saxlanması texniki məsələdir”

Səfir Nasir Həmidi Zare: “Buşəhr AES-in tikintisi üçün göndərilən yükün Azərbaycan-İran sərhədində saxlanması texniki məsələdir”
# 23 aprel 2008 15:22 (UTC +04:00)
O bildirib ki, Rusiyadan İranın Buşəhr atom elektrik stansiyasının tikintisi üçün göndərilən yükün Azərbaycan-İran sərhədində saxlanması gömrük proseduru ilə əlaqədardır. Baş verən insidenti texniki problem kimi dəyərləndirən səfir problemin yaxın günlərdə həll olunacağına ümid etdiyini deyib.
Qeyd edək ki, martın 29-da Azərbaycan hökumətinin qərarı ilə Rusiyadan İrana gedən yük karvanı saxlanılıb və Rusiyadan yük haqqında hərtərəfli məlumat göndərmək tələb olunub. Rəsmi Tehran yükün Azərbaycan-İran sərhədində saxlanması məsələsini rusiyalı podratçı qurumun - “Atomstroyeksport” həll etməli olduğunu düşünür. APA-nın İSNA agentliyinə istinadən yaydığı məlumata görə, İran tərəfi avadanlığın Buşəhr AES-ə qrafik üzrə müəyyən olunmuş vaxtda çatdırılmalı olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR