Bank Of Baku

Elmar Məmmədyarov Latviyanın baş naziri və parlament sədri ilə görüşüb

Elmar Məmmədyarov Latviyanın baş naziri və parlament sədri ilə görüşüb
# 23 aprel 2008 16:17 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. Latviyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin baş naziri İvars Qodmanislə görüşüb. Latviya baş nazirinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərə aid müxtəlif məsələlər, o cümlədən iqtisadi əlaqələr və aktual beynəlxalq problemlər müzakirə edilib. E. Məmmədyarov Latviyanın Azərbaycanın Avropa məkanına inteqrasiyasında vacib rol oynadığını söyləyib. İ. Qodmanis isə Avropa və Asiya arasında körpü rolu oynayan və alternativ enerji mənbəyi olan Azərbaycanın əhəmiyyətindən danışıb. Azərbaycanlı nazir daha sonra Latviya parlamentinin sədri Yanis Strayme ilə görüşüb. Görüşdə parlamentlərarası əlaqələrin inkişafı və Y. Straymenin Azərbaycana nəzərdə tutulan səfəri barədə müzakirə aparılıb. E. Məmmədyarov sabah həmkarı Maris Riekstinslə də görüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR