Bank Of Baku

İranda Azərbaycanlı Məhbuslara İşgəncə Əleyhinə Mübarizə Komitəsi azərbaycanlı fəallara qarşı təzyiqlərlə bağlı açıqlama yayıb

İranda Azərbaycanlı Məhbuslara İşgəncə Əleyhinə Mübarizə Komitəsi azərbaycanlı fəallara qarşı təzyiqlərlə bağlı açıqlama yayıb
# 24 aprel 2008 08:52 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İranda Azərbaycanlı Məhbuslara İşgəncə Əleyhinə Mübarizə Komitəsi bu ölkədə azərbaycanlı fəallara təzyiqlərlə bağlı açıqlama yayıb. Komitədən APA-ya verilən məlumat görə, açıqlamada bildirilir ki, İranın Ərdəbil vilayətində milli məsələlərlə bağlı saxlanılan azərbaycanlılar həbsxanada fiziki və mənəvi işgəncələrə məruz qalır ki, bu da Ümumdünya İnsan Haqları Bəyannaməsinə və İran Konstitusiyasının müvafiq müddəalarına ziddir. Açıqlamada qeyd edilir ki, Ərdəbil Azad Universitetinin müəllimi Ərdəşir Kərimi Xiyavinin, jurnalist Bəhruz Əlizadənin, yazıçı və jurnalist Rəhim Qulaminin və Vədud Səadətinin həbs olunmasından 10 gündən çox vaxt keçir: “Ancaq onlar vəkil tutmaq və digər hüquqlardan məhrumdurlar, ailə üzvləri isə hədələnir. İranda Azərbaycanlı Məhbuslara İşgəncə Əleyhinə Mübarizə Komitəsi hazırda Ərdəbil həbsxanasında saxlanılan adı çəkilən şəxslərin işgəncəyə məruz qalmasından ciddi narahatlığını bildirir, mətbuatı, hüquq-müdafiə təşkilatlarını, işgəncəyə qarşı mübarizə qurumlarını azərbaycanlı fəalların və jurnalistlərin qanunsuz həbslərinə və təzyiqlərə məruz qalmasına etiraz səslərini ucaltmağa çağırır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR