Bank Of Baku

Qulamrza Səbri Təbrizi: “DAK-dan ayrılan, yaxud xaric edilən bəzi şəxslər müxtəlif təşkilatlardan və məmurlardan pul toplayırlar”

Qulamrza Səbri Təbrizi: “DAK-dan ayrılan, yaxud xaric edilən bəzi şəxslər müxtəlif təşkilatlardan və məmurlardan pul toplayırlar”
# 24 aprel 2008 08:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Qulamrza Səbri Təbrizi Dünya Azərbaycanlıları Konqresinin (DAK) üzvlərinə və dünya azərbaycanlılarına müraciət edib. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə qurumun X qurultayının iyunun 20-23-də Belçikanın paytaxtı Brüsseldə, Avropa Parlamentinin binasında keçiriləcəyi diqqətə çatdırılıb. Q. S. Təbrizi müraciətində DAK daxilində yaranan vəziyyətə də münasibətini bildirib: “Qurultay ərəfəsində DAK-dan ayrılan, yaxud xaric edilən, diaspora təşkilatlarının birliyinə müxalif olan bəzi şəxslər müxtəlif təşkilatlardan və məmurlardan özlərinin keçirmək istədiyi qurultaya maddi yardım məqsədilə pul toplayırlar. Həmin şəxslərin kimliyi barədə DAK fəalları kifayət qədər məlumatlıdırlar. Bu kimi hallar prezident seçkisi ərəfəsində cəmiyyətdə narahatlıq yaradır. Qəti olaraq bildirirəm ki, bu cür xoşagəlməz əməllərin DAK-la heç bir əlaqəsi yoxdur”. Q. S. Təbrizi DAK adından istifadə edən şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini də söyləyib: “Bu cür çirkin hərəkətlər və əməllər bir daha təkrarlanarsa, hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR