Bank Of Baku

Gürcüstanda Heydər Əliyevin 85 illik yubileyi münasibətilə silsilə tədbirlər keçiriləcək

Gürcüstanda Heydər Əliyevin 85 illik yubileyi münasibətilə silsilə tədbirlər keçiriləcək
# 24 aprel 2008 08:58 (UTC +04:00)
Tiflis. Ülviyyə Əliyeva-APA. Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkədə Heydər Əliyevin və oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 85 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək. Səfirlikdən APA-ya verilən məlumata görə, aprelin 25-də Tiflisin “Kopala” sərgi salonunda Zərifə Əliyevaya həsr olunmuş “Azərbaycan rəssamlarının yaradıcılığında qadın obrazı” adı altında sərgi açılacaq. Aprelin 28-də Marneulidə Nəriman Nərimanov adına Mədəniyyət Evində Qax şəhər Kukla Teatrı çıxış edəcək. Mayın 2-də və 10-da Tiflisin “Pirosman” sərgi salonunda Heydər Əliyevin 85 illik yubileyinə həsr edilən sərgi keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR