Bank Of Baku

Azərbaycanda səfərdə olan Moldova prezidenti Vladimir Voronin Milli Məclisin spikeri Oqtay Əsədovla görüşüb

Azərbaycanda səfərdə olan Moldova prezidenti Vladimir Voronin Milli Məclisin spikeri Oqtay Əsədovla görüşüb
# 24 aprel 2008 09:36 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanda səfərdə olan Moldova prezidenti Vladimir Voronin Milli Məclisin spikeri Oqtay Əsədovla görüşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu gün səhər Moldova prezidenti Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Milli Məclisə gəlib. Vladimir Voronin O. Əsədovla görüş zamanı Azərbaycandakı inkişafdan məmnun qaldığını bildirib. Moldova prezidenti dünən Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə iki ölkə arasında əməkdaşlığın bütün sahələri ilə bağlı fikir mübadiləsi apardığını deyib. Milli Məclisin spikeri iki ölkə arasındakı əməkdaşlığa parlamentlər səviyyəsində də dəstək verildiyini bildirib. O. Əsədov Milli Məclisdə Azərbaycan-Moldova parlamentlərarası dostluq qrupunun fəaliyyət göstərdiyini deyib. Qeyd edək ki, Moldova prezidenti bu gün Azərbaycanın baş naziri Artur Rasizadə ilə də görüşdükdən sonra öz ölkəsinə yola düşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR