Bank Of Baku

“Əl-Cəzirə” telekanalı ermənilərin türklərə qarşı törətdikləri soyqırımı haqqında filmin çəkilişlərinə başlayıb

“Əl-Cəzirə” telekanalı ermənilərin türklərə qarşı törətdikləri soyqırımı haqqında filmin çəkilişlərinə başlayıb
# 24 aprel 2008 09:55 (UTC +04:00)
İqdır - APA. “Əl-Cəzirə” telekanalı ötən əsrin əvvəllərində ermənilərin Türkiyə ərazisində törətdiyi soyqırımından bəhs edən filmin çəkilişlərinə başlayıb. APA-nın məlumatına görə, telekanal təmsilçiləri çəkilişlərə başlamaq məqsədilə İqdıra gəliblər. Burada yerli jurnalistlərə açıqlama verən “Əl-Cəzirə” telekanalının Türkiyə təmsilçisi Yusif Şərif filmdə türklərə qarşı törədilmiş qanlı qırğınların şahidlərinin ifadələrini lentə köçürəcəklərini deyib. Çəkilişlər türk şəhidlərinin xatirəsinə ucaldılmış Anıt Muzeyində, kütləvi qırğınların törədildiyi Oba və Hakmehmet kəndlərində aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR