Bank Of Baku

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanla bağlı tövsiyə xarakterli qərar qəbul edib

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanla bağlı tövsiyə xarakterli qərar qəbul edib
# 24 aprel 2008 10:06 (UTC +04:00)
Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyindən APA-ya verilən məlumata görə, məruzənin Azərbaycana aid hissəsində Seçki Məcəlləsi, siyasi motivlərlə həbs olunmuş şəxslər, ölkədə söz və mətbuat azadlığının mövcud durumu məsələlərinə geniş yer verilib. “Aqo” qrupu Seçki Məcəlləsinə dəyişikliklərin edilməsini vacib sayıb və “Sərbəst toplaşma azadlığı haqqında” qanuna düzəlişlər edilməsi istiqamətində Venesiya Komissiyası ilə birlikdə iş aparıldığını vurğulayıb. Azərbaycanda dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatları, ictimaiyyət nümayəndələri və həbsdə olan jurnalistlərlə görüşdüklərini vurğulayan nümayəndə heyəti hesabatın yekun hissəsində, Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi istiqamətində nəzərə çarpan irəliləyişlər əldə olunduğunu göstərib. “Aqo” qrupu ümumilikdə Azərbaycandakı vəziyyəti pozitiv qiymətləndirib, nümayəndə heyətinin ötən səfərindən bəri gözəçarpan irəliləyişlərin olduğunu Nazirlər Komitəsinin diqqətinə çatdırıb. Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyinin rəhbəri Arif Məmmədov iclasda çıxış edərək bildirib ki, Azərbaycan hökuməti yuxarıda sadalanan istiqamətlərdə Avropa Şurasının fəaliyyətini yüksək qiymətləndirir və intensiv əməkdaşlığı davam etdirmək niyyətindədir.
Məruzənin təqdimatından sonra Nazirlər Komitəsində qərar qəbul olunub. Tövsiyə xarakterli qərarda qeyd olunur ki, Azərbaycan tərəfi parlamentin gündəliyində dayanan “Sərbəst toplaşma azadlığı haqqında” və Seçki Məcəlləsinə ediləcək düzəlişlərlə bağlı qanunu may ayının sonlarına qədər qəbul etməli, həbsdə olan 3 jurnalistin azad olunması istiqamətində ciddi iş aparmalı və prezident seçkilərinə bütün istiqamətlərdə effektiv hazırlıq görməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR