Bank Of Baku

“Erməni məsələsi” kitabının təqdimat mərasimi keçirilib

“Erməni məsələsi” kitabının təqdimat mərasimi keçirilib
# 24 aprel 2008 10:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün “Erməni məsələsi” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Jurnalistlər Birliyinin baş katibi Ramiz Əsgər deyib ki, kitabın əhəmiyyəti nəşrdə qeyd olunan faktların erməni mənbələrinə aid olmasındadır. Onun sözlərinə görə, kitabda “erməni soyqırımı” törədildiyi iddia edilən 1915-ci ildə erməni terror dəstələrinin şərqi Anadoluda və İrəvanda törətdikləri qətliamlara diqqət yönəldilir. Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktor müavini Araz Qurbanov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu və digər çıxış edənlər də bu kimi nəşrlərin zəruriliyindən danışıb. Qeyd edək ki, “Erməni məsələsi” kitabının müəllifi Ermənişünaslıq Mərkəzinin rəhbəri Qafar Çaxmaqlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR