Bank Of Baku

Azay Quliyev Ramil Səfərovun Hüquqlarının Müdafiəsi Şurasının koordinatorluğundan istefa verir

Azay Quliyev Ramil Səfərovun Hüquqlarının Müdafiəsi Şurasının koordinatorluğundan istefa verir
# 24 aprel 2008 11:05 (UTC +04:00)
A. Quliyev APA-ya açıqlamasında istefasını bir neçə gün əvvəl yeni vəzifəyə-Prezident yanında QHT Şurasına Dəstək Fonduna sədr seçilməsi ilə əlaqələndirib. A. Quliyev yeni vəzifədə işlərin çoxluğunu, indiki vəziyyətdə fiziki imkanlarının buna yol vermədiyini deyib: “Şuranın işinin çoxluğu və tutduğum vəzifənin məsuliyyəti ilə bağlı həm Milli QHT Forumunun prezidentliyindən, həm də Ramil Səfərovun Hüquqlarının Müdafiəsi Şurasının koordinatorluğundan istefa vermək qərarına gəlmişəm. Burada başqa səbəb axtarmağa ehtiyac yoxdur”. A. Quliyev hər iki postdan istefasını gələn həftə təqdim edəcəyini deyib: “Bununla bağlı aprelin 28-də və 29-da hər iki qurumun toplantısı keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR